Bakı. Trend:
Azərbaycan Gimnastika Federasiyası gimnastikanın olimpiya və qeyri-olimpiya növlərində dəfələrlə mötəbər yarışlara ev sahibliyi edib. Lakin ilk dəfədir ki, Milli Gimmastika Arenasında “TeamGym” üzrə Avropa çempionatı keçirilir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyib.
O qeyd edib ki, bu gün Milli Gimnastika Arenasında möhtəşəm abu hava var.
“TeamGym Avropa ölkələrində çox məşhurdur. Bu böyük bir hərəkatdır. Adından nəlli olduğu kimi “TeamGym” komanda yarışlarıdır. 14 ölkənin nümayəndələri burda iştirak edirlər. Nümayəndə heyətlərinin sayı 800 nəfərdən artıqdır. İdmançıların sayı isə 500 nəfərdən artıqdır. Bizim komandamız da mübarizəyə qatılacaq.
İdmançılar 3 alətdə münarizə aparırlar. “TeamGym” üzrə alətlər fərqlidir. Mən fürsətdən istifadə edib bütün tamaşaçıları Milli Gimnastika Arenasına dəvət edirəm. Burada çoxlu sayda əcnəbi azarkeşlər də var. Mən bizim azarkeşləri də bu abu havanı hiss etməyə dəvət edirəm”, - deyə o bildirib.