...

Su problemləri həm Azərbaycanda, həm dünyada get-gedə çox sürətlə artır - Fariz İsmayılzadə

Siyasət Materials 16 Oktyabr 2024 10:53 (UTC +04:00)
Su problemləri həm Azərbaycanda, həm dünyada get-gedə çox sürətlə artır - Fariz İsmayılzadə
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Su problemləri həm Azərbaycanda, həm dünyada get-gedə çox sürətlə artır.

Trend xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə “Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

"Gündəlik həyatımız, həyat tərzimiz elədir ki, israfçılığa çox böyük yer ayırırıq.

Bu prizmadan baxsaq, universitetlərin burada rolu çox böyükdür. Universitetlər cəmiyyətdə aparıcı qüvvədir, aparıcı bir platformadır, gənc nəsli yetişdirir. Burada tədqiqatlar, araşdırmalar aparılır. Yəni universitetlərin bu problemin həllində rolu çox böyükdür.

Biz COP29 çərçivəsində Azərbaycan universitetlərinin birliyini yaratmaq istəyirik ki, iqlim problemləri mövzusunda universitetlər bir yerdə çalışsınlar, bir yerdə resurslarını bölüşsünlər. Biz birgə çalışmalıyıq ki, cəmiyyətdə yeni həyat tərzi formalaşdıraq və innovasiyalara dəstək olaq.

Yəni universitetlər bu işlərdə çox aktiv rol oynaya bilər. Mən bildiyimə görə, COP prosesinin ilk illərində danışıqlar siyasətçilər arasında aparılıb. Amma son illərdə universitetlər, tədqiqat mərkəzləri, qeyri-hökumət təşkilatları, alimlər prosesə çox aktiv cəlb olunur ki, onlar siyasətçilərlə bir yerdə bu problemləri həll edə bilsinlər”, - deyə o bildirib.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilir.

Konfransda iqlim dəyişikliyinin qadınların həyatına təsiri, onların su ehtiyatlarının mühafizəsi və idarə edilməsində iştirakı, bu sahə ilə bağlı ixtisas seçiminə həvəsləndirilməsi, həmçinin kadr təyinatında gender balansının qorunması mövzularında müzakirələr ediləcək.

Xəbər lenti

Xəbər lenti