...

Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciət etdi

Gündəm Materials 16 Oktyabr 2024 10:51 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciət etdi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda ölkəmizə müşahidə olunan yağışlı havanın oktyabrın 20-dək davam edəcəyi gözlənilir.

Trend xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.

"Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər.

Yağışlı havalarda hərəkətin çətinliyini nəzərə alaraq, piyadalar da məsuliyyətli olmalı, həyat və sağlamlıqları üçün təhlükə yaradan qayda pozuntularından çəkinməlidirlər", - deyə müraciətdə deyilir.

Xəbər lenti

Xəbər lenti