...

UNEC “Mükəmməl akademik performans” mükafatına layiq görülüb

Cəmiyyət Materials 16 Oktyabr 2024 14:41 (UTC +04:00)
UNEC “Mükəmməl akademik performans” mükafatına layiq görülüb

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) IAAR (Independent Agency for Accreditation and Rating) tərəfindən “Möhtəşəm akademik performans” mükafatına layiq görülüb.

IAAR Avrasiya Universitetləri Reytinqi (IAAR-EUR) metodologiyası rəqəmsal platforma əsasında hazırlanıb.

Reytinq universitetlərin fəaliyyətləri barədə təqdim etdikləri məlumatlar, eyni zamanda ekspert rəyləri əsasında müəyyən edilir.

Reytinqdə akademik göstəricilər 70%, beynəlxalq ekspertlər tərəfindən ali təhsil müəssisələrinin reputasiyasının və işəgötürənlərin rəylərinin qiymətləndirilməsi 30% təşkil edir.

Beynəlxalq IAAR EUR Reytinqində əsas meyarlar təhsilin keyfiyyəti (20%), elmi potensial (30%), universitetin beynəlxalq təhsil məkanına inteqrasiyası (20%) və akademik reputasiyadır (30%).

Xəbər lenti

Xəbər lenti