...

"Real Madrid" Modriçin yerinə yarımmüdafiəçi tapıb

İdman Materials 16 Oktyabr 2024 07:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Real Madrid" Luka Modriçin yerinə gənc vəd edən yarımmüdafiəçi tapıb.

Trend-in verdiyi məlumata görə, Madrid klubu, "Bayer Leverkusen"in 21 yaşlı alman yarımmüdafiəçisi Florian Virtsi Modriçin varisi olaraq seçib.

Xəbərdə qeyd edilir ki, "Real" rəhbərliyi Almaniya milli komandasının üzvü olan Virtslə müqavilə bağlamaq üçün gizli danışıqlar aparır. 39 yaşlı Modriçin komandadakı gələcəyi hələ dəqiqləşməsə də, klub, təcrübəli xorvat yarımmüdafiəçini əvəzləyəcək gənc bir istedad axtarışındadır.

Xəbər lenti

Xəbər lenti