Bakı. Trend:
Tomas Tuhel İngiltərə yığmasına başçılıq edəcək.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Bildirilib ki, almaniyalı mütəxəssislə İngiltərə Futbol Assosiasiyası arasındakı danışıqlar yekunlaşıb. Növbəti həftədə Tuhel İngiltərə yığmasının baş məşqçi kimi ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, 51 yaşlı məşqçisi PSJ, "Çelsi" və "Bavariya" kimi klublarda fəaliyyət göstərib. Tuhel ötən mövsümün sonunda Münhen klubundan ayrılıb.