Bakı. Trend:
Mina əleyhinə fəaliyyət sahəsində dövlət siyasətinin əsas istiqamətləri müəyyən edilir
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, mina əleyhinə fəaliyyət sahəsində dövlət siyasətinin istiqamətləri aşağıdakılardır:
- əhalinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi, iqtisadi, sosial və ekoloji inkişafa şəraitin yaradılması məqsədilə partlayıcı sursatların yaratdığı təhlükənin aradan qaldırılması;
- minatəmizləmə fəaliyyətinin təhlükəsiz və səmərəli təşkili üçün normativ hüquqi bazanın formalaşdırılması;
- təhlükəli ərazilərdə həyat və sağlamlıq üçün təhlükənin olması barədə əhalinin məlumat almaq hüququnun təmin edilməsi;
- zərərçəkmişlərə qanunla müəyyən edilmiş dəstək tədbirlərinin göstərilməsi və minatəmizləyənlərə təminatların verilməsi.