...

Fransanın cənubunda leysan yağışları daşqınlara səbəb olub

Dünya xəbərləri Materials 17 Oktyabr 2024 20:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın cənubunda leysan yağışları daşqınlara səbəb olub. Bəzi yerlərdə insanların təxliyə edilməsinə ehtiyac yaranıb, nəqliyyatın hərəkəti dayandırılıb.

Trend bu barədə xarici KİV-lərə istinarən xəbər verir.

Məlumata görə, Ardeş departamentində hava şəraiti ilə əlaqədar bir çox magistral yollar bağlanıb. Annon şəhərində daşqın səbəbindən məktəblər və uşaq bağçaları köçürülüb.

Ölkənin altı departamentində hava təhlükəsinin ən yüksək - “qırmızı” səviyyəsi, daha 19 departamentdə isə “narıncı” təhlükə səviyyəsi elan edilib.

Meteoroloqlar xəbərdarlıq edir ki, oktyabrın 18-dək dörd departament üçün təhlükənin “qırmızı” səviyyəsi, 18 departament üçün isə “narıncı” səviyyəsi qüvvədə qalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti