...

Ötən 9 ay ərzində qeydə alınan cinayətlərin 90 faizə yaxını açılıb

Cəmiyyət Materials 17 Oktyabr 2024 16:12 (UTC +04:00)
Ötən 9 ay ərzində qeydə alınan cinayətlərin 90 faizə yaxını açılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin 9 ayı ərzində Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 24 586 cinayətin 89,8 faizi açılıb.

Trend xəbər verir ki, bu barədə oktyabrın 17-də Daxili İşlər Nazirliyinin Kollegiya iclasında bildirilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər, qəsdən adam öldürmələr və ona cəhdlər, qəsdən sağlamlığa ağır zərər vurmalar, oğurluqlar, soyğunçuluqlar, informasiya texnologiyalarından istifadə edilməklə və qrup halında törədilənlər, yetkinlik yaşına çatmayanların və əvvəllər məhkum olunmuşların hüquqazidd əməlləri, ailə münaqişəsi zəminində baş verənlərin sayı bütövlükdə 2192 fakt azalıb.

Axtarışa elan edilmiş 6703 nəfərdən 84 faizi tutulub, habelə ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən 390 nəfərdən ibarət 158 cinayətkar qrup zərərsizləşdirilib.

Qanunsuz dövriyyədən 4 ton 81 kiloqram narkotik vasitə çıxarılıb və bu əməllərə görə 5735 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti