...

Türkiyədəki zəlzələdə 550-dən çox bina zərər görüb

Dünya xəbərləri Materials 17 Oktyabr 2024 11:01 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Malatya vilayətində baş verən zəlzələdən sonra 1211 bildiriş qiymətləndirilib və Elazığda 20 ağır zərərli, 517 az zərərli, Malatyada isə 18 az zərərli bina aşkar edilib.

Trend-in Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum açıqlama verib.

“Elazığda 20 ağır, 517 az zədəli, Malatyada isə 18 az zədəli bina müəyyən edilib. Vətəndaşlarımız narahat olmasın. Zərər tədqiqat işləri qısa zamanda başa çatdıraraq, lazım olan bütün addımları atacağıq", - nazir bildirib.

Məlumatda bildirilir ki, Malatyada Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Tikinti İşləri üzrə Baş İdarəsinə bağlı 25 komanda, Elazığda isə 27 komanda zərər tədqiqat işlərini davam etdirir. İki vilayətdə ümumilikdə 1211 bildiriş dəyərləndirilib.

Qeyd edək ki, 2024-cü il oktyabrın 16-da Türkiyənin Malatya vilayətinin Kale rayonunda 5.9 maqnitudalı zəlzələ olub. O, Elazığ başda olmaqla ətraf bölgələrdə də hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti