...

Rumıniya ukraynalı pilotların hazırlanması üçün hüquqi şərtləri müəyyən edən qətnamə qəbul edib

Dünya xəbərləri Materials 17 Oktyabr 2024 02:59 (UTC +04:00)

Bakı. Trend:

Rumıniya hökuməti F-16 qırıcılarını idarə etmək məqsədilə ukraynalı pilotların təlimi üçün hüquqi prosedurları və şərtləri müəyyən edən təcili qətnamə qəbul edib.

Trend xəbər verir ki, bu barədə hökumətin mətbuat katibi Mixay Konstantin məlumat verib.

"Rumıniya hökuməti F-16 təyyarələrini idarə edəcək ukraynalı personalın təlimi üçün qanuni prosedurları və şərtləri təsdiqləyib. Təlim Feteşti şəhərindəki 86-cı hava bazasında keçiriləcək", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti