...

Gürcüstanda seçkiqabağı vəziyyət sakitdir- Şalva Papuaşvili

Dünya xəbərləri Materials 17 Oktyabr 2024 10:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda seçkiqabağı vəziyyət sakitdir

Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, ölkədə seçkilər zamanı nəyinsə baş verdiyini göstərmək məqsədilə informasiya mühiti yaratmağa və müşahidəçiləri buna inandırmağa cəhdlər var.

"Bu, cəmiyyətdə isterika yaratmaq, insanları çaşdırmaq, seçkilərə qanunsuz təsir göstərmək və seçicilərin iradəsinin formalaşmasına müdaxilə etmək məqsədi daşıya bilər. Metodlara gəlincə, ATƏT/DTİHB-in aralıq hesabatının dərc olunmasından sonra müxalifət üçün bu, böyük bir məyusluğa çevrildi və məqsədli şəkildə informasiya səs-küyü yaradılır, elə bir informasiya mühiti formalaşdırılır ki, müşahidəçilərdə Gürcüstanda xüsusi bir şeyin baş verdiyi təəssüratını yaratsın, məsələn, inzibati resurslardan istifadə və ya zorakılıq kimi", —parlament sədri bildirib.

Saxta yazılar və saxtakarlıqlara gəldikdə, Ş.Papuaşvili qeyd edib ki, bu, cəmiyyətdə emosiyalar oyadacaq və onun iradəsinə təsir edəcək saxta xəbərlər yaratmaq cəhdidir.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-na təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti