...

Yaponiyada süni intellekt əsaslı PUA-lar təqdim edilib

Dünya xəbərləri Materials 17 Oktyabr 2024 16:08 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

"Mitsubishi Heavy Industries" (MHI) şirkəti süni intellekti dəstəkləyən 2 müşayiətçi pilotsuz uçuş aparatı (PUA) modelini təqdim edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"MHI nümayəndələri təsdiq ediblər ki, süni intellektlə təchiz edilmiş döyüş pilotsuz uçuş aparatlarının ilk sınaq uçuşları 2025-ci ildə Yaponiya Satınalma, Texnologiya və Logistika Agentliyi ilə müqavilə əsasında həyata keçiriləcək", - mənbədə bildirilib.

Pilotsuz uçuş aparatları Yaponiyadakı Beynəlxalq Aerokosmik Sərgidə təqdim edilib. "ARMDC-20X" modelinin uzunluğu təxminən 6 metrdir. Onun əsas təyinatı kəşfiyyat olacaq.

İkinci model hələ adlandırılmayıb. Onun uzunluğu 10 metr olacaq. Bununla yanaşı, pilotsuz uçuş aparatı hava döyüşü və hədəflərin ələ keçirilməsi üçün istifadə edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti