Bakı. Trend:
Cəbrayıl rayonunun Şükürbəyli kəndində 93 evin fərdi yaşayış evlərinin tikintisinə əlavə 14,6 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulub.
Trend xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı tender keçirib.
Tenderin qalibi "Tunel-Metro İnşaat” MMC seçilib.
Belə ki, 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 93 birmərtəbəli fərdi yaşayış evlərinin tikintisi 14 milyon 562 min 668,45 manata başa gələcək.