...

Hospitalizasiya prosesi elektronlaşdırılır

Cəmiyyət Materials 17 Oktyabr 2024 15:40 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İcra edilən önəmli işlərdən biri də hospitalizasiya zamanı atılan addımlar ilə bağlı elektron sistemin qurulmasıdır.

Trend xəbər verir ki, bunu TƏBİB-in tabeliyindəki “Rəqəmsal Tibbi Həllər” MMC-nin Proseslərin idarəedilməsi və xidmət keyfiyyətinə nəzarət şöbəsinin rəhbəri Vüqar Ramazanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə deyib.

O bildirib ki, sözügedən sistem hazırda pilot şəklində tətbiq edilməkdədir:

"Bu istiqamətdə həm 103 Çağrı Mərkəzi, həm də çağırış briqadaları üçün tibb müəssisələrinin çarpayı fonduna dair məlumatlarına əlçatanlıq avtomatik şəkildə təmin olunub. Eyni zamanda hospitalizasiya zamanı tibb müəssisələri ilə 103 Çağrı Mərkəzi, həmçinin çağırış briqadaları arasındakı əlaqənin tam olaraq elektronlaşdırılması üzrə işlər görülməkdədir. Sözügedən bu funksionallıqların hər biri həm vaxt itkisinin aradan qaldırılmasına, həm də məlumatların təhrifsiz ötülürməsinə gətirib çıxaracaqdır. Əlavə olaraq, tibb müəssisələri üçün təcili yardım ambulansının hərəkət trayektoriyası və təxliyə olunan xəstəyə dair məlumatların izlənməsi ilə bağlı elektron interfeys də qurulur və bu interfeys vasitəsilə tibb müəssisələrinin qəbul şöbəsinin məsul əməkdaşları xəstə tibb müəssisəsinə çatdırılanadək xəstənin cari vəziyyəti, çağırış zamanı göstərilən tibbi yardımın detallarını, xəstəlik tarixçəsi və sairə məlumatları əldə edə bilirlər. Eyni zamanda, ambulansın hərəkət trayektoriyasını izləməklə xəstə tibb müəssisəsinə çatdırılanadək zəruri bütün hazırlıq işlərini həyata keçirə bilirlər".

Xəbər lenti

Xəbər lenti