Bakı. Trend:
Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatının ikinci gününün finalçıları müəyyən olunub.
Trend-in məlumatına görə, Milli Gimnastika Arenasında təşkil edilən turnirdə son olaraq böyük kişi gimnastlardan ibarət 8 komanda mübarizə aparıb.
Danimarka yığması 64.000 xalla bütün rəqiblərini üstələyib. İsveç 59.800, Norveç 59.300, Böyük Britaniya 50.900, Portuqaliya 50.550, İtaliya isə 50.500 xalla həlledici mərhələyə vəsiqə qazanıb.
Bundan əvvəl isə bu gün qadınlar və qarışıq komandalar çıxış ediblər. Qadınlarda İslandiya (53.250), Danimarka (51.200), Norveç (48.750), Böyük Britaniya (48.550) və Finlandiya (47.900), qarışıq komanda yarışında isə Danimarka (58.000), Böyük Britaniya (52.500), İsveç (52.100), İslandiya (51.100), Norveç (49.300) və İtaliya (48.325) kollektivləri həlledici raundda iştirak hüququ qazanıblar.