Bakı. Trend:
Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa
çempionatında böyük gimnastlar arasında keçirilən mübarizənin
nəticələri məlum olub.
Trend-in məlumatına görə, Milli
Gimnastika Arenasında keçirilən turnirin ikinci günündə ilk olaraq
qadınlardan ibarət 8 kollektiv “TeamGym” xalçası, akrobatika cığırı
və trampet (minibatut) üzərində çıxış ediblər.
Mübarizə nəticəsində 53.950 xalla İsveç komandası rəqiblərini
üstələyib. İslandiya 53.250, Danimarka 51.200, Norveç 48.750, Böyük
Britaniya 48.550, Finlandiya isə 47.900 xalla həlledici mərhələyə
vəsiqə qazanıb.