...

İlin əvvəlindən Azərbaycanda 158 cinayətkar qrup zərərsizləşdirilib

Cəmiyyət Materials 17 Oktyabr 2024 16:18 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin ilk 9 ayı ərzində Azərbaycanda 158 cinayətkar qrup zərərsizləşdirilib.

Trend xəbər verir ki, bu barədə oktyabrın 17-də Daxili İşlər Nazirliyinin Kollegiya iclasında bildirilib.

Axtarışa elan edilmiş 6 703 nəfərdən 84 faizi tutulub, habelə ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən 390 nəfərdən ibarət 158 cinayətkar qrup zərərsizləşdirilib.

Qanunsuz dövriyyədən 4 ton 81 kiloqram narkotik vasitə çıxarılıb və bu əməllərə görə 5735 nəfər saxlanılıb.

Xəbər lenti

Xəbər lenti