...

Almaniyada Baltik dənizində ən uzun estakada inşa edilib

Dünya xəbərləri Materials 17 Oktyabr 2024 03:43 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın Meklenburq-Vorpommern əyalətindəki Prerov qəsəbəsinin ərazisində Baltik dənizində ən uzun estakada yaradılıb.

Trend xəbər verir ki, uzunluğu 720 metr olan estakada kompleksində həm də 50-yə yaxın gəminin yan ana biləcəyi kiçik liman inşa edilib. Sərnişinlər üçün də ayrıca bölməsi olan estakada turistik məkan kimi də fəaliyyət göstərəcək.

Gəmi qəzaları zamanı xilasetmə əməliyyatlarının uğurla həyata keçirilməsində böyük rol oynayacaq estakadanın gələcəkdə daha da uzadılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti