...

“Coursera”da 20 kurs “DeepFake” texnologiyası ilə Azərbaycan dilinə dublyaj olunacaq

İqtisadiyyat Materials 17 Oktyabr 2024 11:29 (UTC +04:00)
“Coursera”da 20 kurs “DeepFake” texnologiyası ilə Azərbaycan dilinə dublyaj olunacaq
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

“Coursera”da 20 kurs “DeepFake” texnologiyası ilə Azərbaycan dilinə dublyaj olunacaq.

Trend xəbər verir ki, bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov ADA Universitetində təşkil olunan Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu zamanı bildirib.

"Süni intellekt vasitəsilə 2 500 kurs azərbaycan dilinə tərcümə olunur. Bu, bu proqramdan istifadə etmək istəyən hər kəs üçün əlçatanlığı təmin edəcək. Eləcə də, “Coursera”da 20 kurs “DeepFake” texnologiyası ilə Azərbaycan dilinə dublyaj olunur", — o qeyd edib.

Onun sözlərinə görə, gələn il 200 000 azərbaycanlıya “Coursera” kurslarına, o cümlədən, Harvard, Stanford, Yel, Prins ton, Oksford və bir sıra digər universitetlərin proqramlarına pulsuz giriş imkanı veriləcək.

Qeyd edək ki, ilk dəfə Azərbaycanda təşkil olunan bu forumda dünyanın 8 ölkəsindən aparıcı universitetlərin professorları iştirak edirlər.

Tədbirdə maşın öyrənməsi, süni intellekt və data elmləri sahəsində yenilikçi ideyaların müzakirəsi planlaşdırılır.

Tədbir dünyanın bir çox aparıcı alimlərini, süni intellekt nəzəriyyəsi, yeni metodların inkişafı, tibbi, kibertəhlükəsizlik, idman və kənd təsərrüfatı kimi sahələrdə data elmləri tətbiqləri üzrə ixtisaslaşan mütəxəssisləri bir araya gətirəcək.

Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu 2024-cü il oktyabrın 17-dən 19-dək keçirilir.

Xəbər lenti

Xəbər lenti