...

Xaçmazda “Fəlakət konfetləri" tamaşası nümayiş olunub (FOTO)

Cəmiyyət Materials 17 Oktyabr 2024 18:18 (UTC +04:00)
Xaçmazda “Fəlakət konfetləri"  tamaşası nümayiş olunub (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə narkomaniyanın fəsadlarından bəhs edən “Fəlakət konfetləri" tamaşasının təqdimatı olub.

Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, təqdimat mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar və məktəblilər iştirak ediblər. Müəllifi yerli şair Nəzər Mirzəyev olan tamaşada rolları Xaçmaz Xalq Teatrının aktyorları səhnələşdiriblər. Səhnə əsəri maarifləndirici xarakter daşıyır.

Çıxış edənlər əsrin bəlasına çevrilmiş narkomaniyanın fəsadlarından, bu qorxulu bəlaya qarşı aparılan mübarizə tədbirlərindən danışıb.

Qeyd olunub ki, sağlam həyat tərzinin təbliği, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, sağlamlıq və yaradıcılıq fəaliyyətlərinin genişləndirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Bu işdə maarifləndirmə tədbirlərinin rolu böyükdür.

Xəbər lenti

Xəbər lenti