Bakı. Trend:
İsrail Yaxın Şərqdə siyasi nizamlamanın qarşısındakı maneəni aradan qaldırıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Co Bayden HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın ölümündən sonra deyib.
"İndi Qəzzada HƏMAS-ın hakimiyyətdə olmadığı bir gələcək və israillilər və fələstinlilər üçün daha yaxşı gələcək təmin edən siyasi nizamlanma üçün plan qurmaq imkanı var", - deyə o bildirib.
ABŞ prezidenti əlavə edib ki, Y.Sinvar “bütün bu məqsədlərə çatmaq üçün keçilməz maneə” olub. "İndi heç bir maneə yoxdur, amma bizim üçün hələ çox iş var", - deyə C.Bayden qeyd edib.