...

COP29 tədbiri ilə əlaqədar qarşıya qoyulmuş vəzifələr xüsusi plan əsasında ardıcıllıqla yerinə yetirilir - Vilayət Eyvazov

Gündəm Materials 17 Oktyabr 2024 16:09 (UTC +04:00)
COP29 tədbiri ilə əlaqədar qarşıya qoyulmuş vəzifələr xüsusi plan əsasında ardıcıllıqla yerinə yetirilir - Vilayət Eyvazov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 tədbiri ilə əlaqədar qarşıya qoyulmuş vəzifələr xüsusi plan əsasında ardıcıllıqla yerinə yetirilir.

Trend xəbər verir ki, bu barədə oktyabrın 17-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Kollegiya iclasında deyib.

İclası giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan məsələlərin insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının müdafiəsi kimi mühüm sahələri əhatə etdiyini, habelə COP29 tədbiri ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin xüsusi plan əsasında ardıcıllıqla yerinə yetirildiyini, beynəlxalq əhəmiyyətli həmin tədbirə hazırlıq işlərinin davam etdiyini bildirib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Xəbər lenti

Xəbər lenti