...

Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat Materials 17 Oktyabr 2024 10:05 (UTC +04:00)
Azərbaycan nefti bahalaşdı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 ABŞ dolları, yaxud 0,69% artaraq, 75,26 ABŞ dolları olub.

Trend xəbər verir ki, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 74,37 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti