...

“Sabah”ın avrokubok oyunlarının hakimləri açıqlandı

İdman Materials 17 Oktyabr 2024 16:16 (UTC +04:00)

Bakı. Trend:

UEFA Gənclər Liqasında mübarizə aparacaq “Sabah”ın Çempionlar yolunun II mərhələsindəki oyunlarının təyinatları açıqlanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan çempionunun “Bazel”lə İsveçrədəki ilk görüşünə xorvatiyalı, Bakıdakı cavab matçını qazaxıstanlı hakimlər təyinat alıb.

Oktyabrın 23-də keçiriləcək matçda Patrik Kolariç fit çalacaq. Ona Luka Pajiç və İvan Starçeviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isveçrəli Hayrim Qovanay yerinə yetirəcək.

Cavab oyununda Rustam Omarov baş hakim olacaq. Ona Aleksey Dolqix və Dmitri Beloqradov kömək edəcəklər. Dördüncü hakim funksiyasını yerinə yetirəcək Azərbaycan referisinin adı isə dəqiqləşməyib.

Qeyd edək ki, Bazeldəki “Sent Yakobs Park” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Noyabrın 6-da Bayıl stadionunda baş tutacaq cavab görüşünün start fiti isə 18:00-da veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti