...

TAP konsorsiumu qaz tədarükünün həcmini açıqlayıb

Energetika Materials 17 Oktyabr 2024 09:21 (UTC +04:00)
TAP konsorsiumu qaz tədarükünün həcmini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya kommersiya istismarının başlanmasından 2024-cü il sentyabrın 28-dək 39,51 milyard kubmetr qaz nəql edilib.

Bu barədə Trend-ə TAP AG konsorsiumundan məlumat verilib.

"Hesabat dövründə TAP Yunanıstana 3,86 milyard kubmetr, Bolqarıstana 2,40 milyard kubmetr və İtaliyaya 32,97 milyard kubmetr qaz tədarük edib", — konsorsiumdan bildirilib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını şaxələndirib.

X: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti