...

Qırğızıstanda qar uçqunu - İtkin düşənlər var

Dünya xəbərləri Materials 17 Oktyabr 2024 13:23 (UTC +04:00)

Bakı. Trend:

Qırğızıstanın Cəlal-Abad vilayətinin Çatkal rayonunda Ak-Say dağında qar uçqunu nəticəsində 6 nəfər itkin düşüb.

Trend xəbər verir ki, Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər.

Nazirlikdən bildiriblər ki, oktyabrın 9-da 14 nəfərdən ibarət qrup dağlara çıxıb. Axtarış zamanı onların 8-i tapılıb. Oktyabrın 14-ü axşam saatlarında məlum olub ki, 6 nəfər və 16 at qar altında qalıb.

FHN-in xilasetmə əməliyyatlarına beş xilasedici, on yerli sakin və mülki müdafiə texnikası cəlb edilib.

Xəbər lenti

Xəbər lenti