...

Azərbaycanda 9 ayda dəmiryol keçidlərində neçə toqquşma hadisəsi baş verib?

Hadisə Materials 17 Oktyabr 2024 17:24 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dəmiryol xətlərinə yaxınlaşarkən mütləq gözləyin, yolun qatardan boş olduğuna əmin olduqdan sonra hərəkətə davam edin. Maşinist relslər üzərində hər hansı maneəni gördükdə təcili tormozlama aparsa da, 1 kilometrə yaxın tormoz yolu getdikdən sonra qatarı tam dayandıra bilir.

Trend "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, 2024-cü ilin 9 ayı ərzində dəmiryol keçidlərində 16 toqquşma hadisəsi baş verib. Sürücülərin diqqətsizliyinə görə baş verən hadisələr nəticəsində 3 nəfər xəsarət alıb, 1 nəfər həyatını itirib.

Ötən illə müqayisədə rəqəmlərdə ciddi azalma olsa da, təhlükəsizliyin təmin edilməsi üçün intensiv maarifləndirmə aparır və hər kəsi təhlükəsizliyimiz üçün həmrəy olmağa çağırırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti