...

16 yeni təcili tibbi yardım stansiyası yaradılacaq

Cəmiyyət Materials 17 Oktyabr 2024 15:06 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron yarımadasında fəaliyyət göstərən TTYX stansiyalarına əlavə olaraq 12-16 yeni stansiyanın - filialın yaradılması planlanır.

Trend xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə çıxış edərkən deyib.

O bildirib ki, 10-11 filial uyğun gələn ərazilərdə TƏBİB tabeli tibb müəssisələrində yaradılacaq:

"Digərləri üçün isə müvafiq yer axtarılacaq. Modul konstruksiyalardan istifadə etmək imkanını da nəzərdən keçirəcəyik. Yeni stansiyalar əhatəlilik və əlçatanlığı artıracağı kimi, çağırışa çıxma və çatma vaxtlarını da azaltmağa xidmət edəcək".

Xəbər lenti

Xəbər lenti