...

ADA Universiteti, Universitetin Fondu və “Referans Medical Group” birgə layihəyə başlayır (FOTO)

Cəmiyyət Materials 17 Oktyabr 2024 09:31 (UTC +04:00)
ADA Universiteti, Universitetin Fondu və “Referans Medical Group” birgə layihəyə başlayır (FOTO)

Bakı. Trend:

ADA Universiteti, ADA Universiteti Fondu (ADAF) və “Referans Medical Group” birgə layihəyə başlayır.

Bununla bağlı ADA Universitetində hər iki qurumun əməkdaşlarının, müəllim və tələbələrin iştirakı ilə tədbir baş tutub.

Tədbirdə çıxış edən ADAF-ın Sponsorluq layihələri şöbəsinin rəhbəri Firuzə İsmayıl Əliyeva və “Referans Medical Group”un əməkdaşı Aytac Kərimli gənclərin ictimai səhiyyə üzrə bilik və təcrübə qazanmalarının vacibliyindən bəhs ediblər. Əlavə edilib ki, ADA Universitetinin təşəbbüsü nəticəsində irəli sürülən bu layihə çərçivəsində gənclərin sözügedən sahədə erkən əmək fəaliyyətinə başlamalarına dəstək göstəriləcək.

Qeyd edək ki, layihə çərçivəsində regionda yaşayan aztəminatlı gənclərin, xüsusilə də gənc qızların ilkin tibbi yardımla bağlı bilik və bacarığının artırılmasına önəm verilir. Belə ki, ADAF və "PAŞA Bank"ın birgə icra etdiyi "Girls" ("Qızlar") layihəsinə dəstək verilərək regionda 5 günlük təlim keçiriləcək. Həmin təlimlər psixologiya, terapiya, ilkin tibbi yardım sahələrini əhatə edəcək və təlimi uğurla başa vuran 10 gənc qız müvafiq sahədə işlə təmin ediləcəklər.

Layihə çərçivəsində ADA Universitetinin professor-müəllim və tələbə heyətinə, eyni zamanda, regionda yaşayan aztəminatlı ailələrə ödənişsiz müayinə və güzəştli tibbi xidmət təqdim ediləcək, həmçinin ADA Universiteti tələbələrindən ibarət "Tibbi yardım" klubunun fəaliyyətinə dəstək göstəriləcək.

Xəbər lenti

Xəbər lenti