Bakı. Trend:
Milli Gimnastika Arenasında çox gözəl atmosfer var. Bu çox füsunkardır və insana müsbət enerji verir.
Bunu Trend-ə Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatında iştirak edən islandiyalı gimnast Eva Thorsteinsdóttir deyib.
O bildirib ki, Azərbaycana ilk dəfədir gəlir.
“Azərbaycan maraqlı və gözəl ölkədir. Burda olmaqdan çox şadam. Burada çox gərgin mübarizə gedir, peşəkar idmançılar çıxış edir. Bir sıra səhvlərimiz istisna olmaqla hesab edirəm ki, komandamız yaxşı çıxış etdi”, - deyə o əlavə edib.