Bakı. Trend:
İtaliyanın şimalındakı Liquriya regionunda və bəzi əyalətlərdə hökm sürən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub.
Trend xəbər verir ki, aramsız leysan yağışları çayları məcrasından çıxarıb, evləri, küçələri, iş yerlərini, tunelləri və yeraltı piyada keçidlərini su basıb. Daşqın infrastruktura ziyan vurub. Bəzi avtomagistrallar nəqliyyatın hərəkətinə bağlanıb. Regionlararası və şəhərlərarası dəmir yolu nəqliyyatının hərəkəti dayandırılıb. Bir çox aviareys başqa hava limanlarına yönləndirilib.
Bəzi bölgələrdə fırtına ağacları və reklam lövhələrini aşırıb, binaların dam örtüklərini qoparıb, avtomobillərə ziyan vurub.