...

Xətai rayonunda sürüşmə olub

Hadisə Materials 17 Oktyabr 2024 13:25 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Xətai rayonunda sürüşmə olub.

Trend xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.

O qeyd edib ki, sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hadisə yerindədir.

Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək.

Ə.Əliyev deyib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti