...

COP29 iqlim maliyyələşdirməsini əsas element kimi tanıyan bir fəaliyyət konfransı olmalıdır - Saymon Stil

Yaşıl iqtisadiyyat Materials 17 Oktyabr 2024 17:25 (UTC +04:00)
COP29 iqlim maliyyələşdirməsini əsas element kimi tanıyan bir fəaliyyət konfransı olmalıdır - Saymon Stil
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 iqlim maliyyələşdirməsinin qlobal iqtisadiyyatı, milyardlarla insanın həyatını və dolanışığını iqlim dəyişikliyinin acınacaqlı təsirlərindən qurtarmaq üçün əsas element kimi tanıyan bir fəaliyyət konfransı olmalıdır.

Trend xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil Brukinqs İnstitutunun Qlobal İqtisadiyyat və İnkişaf Proqramının onlayn tədbirində çıxış edərkən bildirib.

“Bakıdakı COP29-da [UNFCCC-nin Tərəflər Konfransının 29-cu sessiyası] inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına həqiqətən cavab verən yeni beynəlxalq iqlim maliyyələşdirmə hədəfini razılaşdırmalıdır”, - o qeyd edib.

Onun sözlərinə görə, dövlət maliyyələşdirilməsi bu hədəfin əsas elementi olmalıdır.

“Maliyyələşdirilmənin mümkün qədər çox hissəsi qrant və ya güzəştli şərtlərlə verilməlidir və bu vəsaitlər ən çox ehtiyacı olanlara daha əlçatan edilməlidir. Bundan əlavə, biz iqlim maliyyələşdirilməsinin səmərəliliyini təmin etməliyik, mümkün olduğu qədər özəl vəsaitləri cəlb etməli və maliyyə bazarlarına “yaşıl” investisiyaların sərfəli olduğu barədə siqnallar göndərməliyik”, - o əlavə edib.

İcraçı katib, həmçinin vəd edilən vəsaitlərin daxil olması və izləməsi üçün mexanizmlərin yaradılmasının vacibliyini vurğulayıb.

“Bundan başqa, iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsini tez bir zamanda artırmaq və beynəlxalq karbon bazarlarının ümumi rifah naminə işləməsini təmin etmək üçün böyük iş görülməlidir. Biz yeni milli iqlim strategiyalarını maliyyələşdirməliyik. Bu, COP28-də əldə edilmiş irəliləyişi inkişaf etdirmək üçün vacibdir”, - S.Stil bildirib.

Sonda Saymon Stil, iqlim dəyişikliyinə qarşı daha iddialı tədbirlərin üstünlüklərinin bütün ölkələrə əlçatan olmasını təmin etmək məqsədilə bir yol seçməyin vacibliyini vurğulayıb.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti