Somalidə partlayış baş verib: ölənlər var

Dünya xəbərləri Xəbər 17 Oktyabr 2024 18:59 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Somalinin paytaxtı Moqadişoda yerləşən Polis Akademiyasının ərazisindəki kafedə güclü partlayış baş verib, nəticədə 10 nəfər ölüb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, terrorçu-kamikadze akademiyanın ərazisinə daxil olaraq partlayıcı qurğunu işə salıb. Xəsarət alanların dəqiq sayı hələlik müəyyən edilməyib.

Hadisə yerində xilasedicilər işləyir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti