...

Türkiyə ilə Azərbaycan bir çox həssas mövzuda tək dövlət kimi davranır - Hakan Fidan

Siyasət Materials 18 Oktyabr 2024 02:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sabah İstanbulda Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının 3-cü iclası "3+" formatında keçiriləck. Türkiyə, Rusiya, İran, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri görüşəcəklər.

Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

O, bütün Qafqaz, eləcə də Azərbaycan-Ermənistan məsələsi ilə bağlı danışıqlar aparacaqlarını qeyd edib. Nazir bildirib ki, Türkiyə bu məsələni Cənubi Qafqazdakı ümumi sülh prosesi çərçivəsində yaxında izləyir.

"Biz Azərbaycanla bir millət-iki dövlət vəziyyətindəyik. Hətta iki dövlət artıq bir çox həssas mövzuda tək dövlət kimi davranır", - deyə nazir bildirib.

H.Fidan əlavə edib ki, Türkiyə inanır ki, Ermənistanla tarixi və rəsmi sülh həqiqətən də region üçün dönməz sabitliyə, rifaha və inkişafa yol açacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti