...

Almaniya Ukraynaya AIM-9L idarə olunan raketləri göndərəcək

Dünya xəbərləri Materials 18 Oktyabr 2024 00:43 (UTC +04:00)

Bakı. Trend:

Almaniya, demək olar ki, bir ay sonra Kiyevə təhvil verilən silahların siyahısını yenilədi. Bu siyahıya, o cümlədən bir "IRIS-T SLM" və "IRIS-T SLS" hava hücumundan müdafiə sistemi, 8 "Leopard 1A5" tankı, 20 "Marder" piyada döyüş maşını daxil edilib.

Trend-in məlumatına görə, bu barədə Almaniya hökumətinin saytında dərc olunan Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım siyahısında əks olunub.

"AIM-9L" idarə olunan raketlərin, həmçinin pilotsuz uçuş aparatlarının çatdırılması üçün hazırlıqlar davam edir.

Yeni paketə həmçinin "Sea Sparrow" idarə olunan raketləri, altı "Panzerhaubitze 2000" özüyeriyən artilleriya qurğusu, "Leopard 1", "Leopard 2" tankları və "Marder" piyada döyüş maşınları üçün döyüş sursatı, "IRIS-T SLM" üçün raketlər, dörd "MRAP" zirehli maşını, 24 min 155 mm kalibrli artilleriya, 30 ədəd "Vector" kəşfiyyat pilotsuz uçuş aparatı daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti