...

ABŞ dəniz piyadalarını daşıyan böyük desant gəmisi Kiprə daxil olub

Dünya xəbərləri Materials 18 Oktyabr 2024 01:34 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin "Oak Hill" amfibiya nəqliyyat limanı göyərtəsində dəniz piyadalarının bir dəstəsi ilə cümə axşamı Kiprin Larnaka limanına daxil olub.

Trend-in məlumatına görə, bu barədə ABŞ 6-cı Əməliyyat Donanması xəbər verib

Məlumata əsasən, böyük "Oak Hill" desant gəmisi "Wasp" universal desant gəmisi və "New-York" helikopter dok gəmisi ilə birlikdə Amerika amfibiya eniş qrupuna daxildir. Qrupun gəmilərində 24-cü Dəniz Ekspedisiya Batalyonu yerləşdirilib. "Wasp" gəmisində həm də beşinci nəsil "F-35 Lightning II" döyüş təyyarələri də saxlanılır.

Qrup Şərqi Aralıq dənizində, Yaxın Şərqdə vəziyyətin gərgin olduğu bir vaxtda İsrailə yaxın ərazidə fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti