...

Ümid edirik ki, Azərbaycanla Suriya arasında normal münasibətlər formalaşacaq - Prezidentin köməkçisi

Siyasət Materials 12 Dekabr 2024 11:08 (UTC +04:00)
Ümid edirik ki, Azərbaycanla  Suriya arasında normal münasibətlər formalaşacaq - Prezidentin köməkçisi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Suriyada Bəşər Əsəd rejiminin çökməsindən sonra Azərbaycan tərəfi ümid edir ki, Suriyada əmin-amanlıq, sülh bərqərar olunacaq.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

"Ümid edirik ki, Azərbaycanla Suriya arasında normal münasibətlər formalaşacaq. Dostluq münasibətləri zəminində əlaqələrimiz inkişaf edəcək. Çünki Suriya əvvəlki rejimin rəhbərliyi altında beynəlxalq təşkilatlarda Azərbaycana qarşı ərazi bütövlüyü məsələsində qərəzli çıxış edirdi.

Azərbaycan bu məsələləri qardaş Türkiyə ilə məsləhətləşərək həyata keçirir. Cənab Prezident İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığında da Suriyaya humanitar yardım məsələsi müzakirə olunub”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti