...

Milli Məclisin sədri Sahibə Qafarova 11 saylı seçki məntəqəsində səs verib

Siyasət Materials 29 Yanvar 2025 11:47 (UTC +04:00)
Milli Məclisin sədri Sahibə Qafarova 11 saylı seçki məntəqəsində səs verib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.

Trend xəbər verir ki, məntəqədə səsvermənin gedişini yerli müşahidəçilər izləyirlər. Səhər saat 8:00-dan etibarən 11 saylı seçki məntəqəsində də seçicilərin fəallığı müşahidə olunur.

Məntəqədə 1482 seçici qeydiyyatdadır.

Qeyd edək ki, bu gün Azərbaycan bələdiyyə seçkiləri keçirilir. Seçki məntəqələri səhər saat 08:00-da açılıb.

Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Səsvermə prosesi saat 19:00-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti