...

Ermənistan Avropanın təsiri altında müharibəyə başlayarsa, bu, onun üçün sonun başlanğıcı olacaq – Sahil Kərimli (VİDEO)

Siyasət Materials 25 Fevral 2025 18:03 (UTC +04:00)
Ermənistan Avropanın təsiri altında müharibəyə başlayarsa, bu, onun üçün sonun başlanğıcı olacaq – Sahil Kərimli (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Qərbin, Avropanın təsiri altında müharibəyə başlamaq istəyərsə, bu, artıq onun üçün sonun başlanğıcı olacaq.

Trend xəbər verir ki, bu fikirləri ARB 24 telekanalına müsahibəsində Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

“Ermənistanın qazancı yox, itirəcəyi çox şey ola bilər, çünki Ermənistan tamamilə məhv ola bilər. Bu gün Ermənistan müharibə hazırlıqlarını öz iradəsi ilə aparmır. Ermənistanı müharibəyə hazırlaşdıran dairələr, xüsusilə Fransa var.

Makron hakimiyyəti bu gün çalışır ki, Ermənistan müharibəyə sürüklənsin. Ermənistan silahlandırılır, müəyyən hərbi təxribatlara sövq edilir və bunun nəticəsində əgər Pasinyan, həqiqətən də, bu təxribata uyarsa, Qərbin, Avropanın təsiri altında müharibəyə başlamaq istəyərsə, bu, artıq onun üçün sonun başlanğıcı olacaq”, - deyə S.Kərimli bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti