...

Azərbaycan və İran parlamentlərarası əlaqələri müzakirə edib (FOTO)

Siyasət Materials 3 Mart 2025 00:41 (UTC +04:00)
Azərbaycan və İran parlamentlərarası əlaqələri müzakirə edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun başçısı Südeyf Bədri ikitərəfli əlaqələri müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Tehrandakı diplomatik missiyasının sosial şəbəkə hesabında məlumat yayılıb.

“Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Südeyf Bədri və qrupun üzvləri ilə görüşüb, ikitərəfli əlaqələrə və dostluq qrupları arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da artırılmasına dair fikir mübadiləsi aparıb”, – səfirliyin mətbuat xidməti qeyd edib.

Xəbər lenti

Xəbər lenti