Bakı. Trend:
Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasında iştirakı davam edir.
Trend xəbər verir ki, 11 mart 2025-ci ildə BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyasında iştirak edən Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov müstəmləkəçilik siyasətinin yerli əhalilərin ərzaq təhlükəsizliyinə təsirlərindən və sağlam qidaya əlçatanlığının olmamasında danışıb.
Xüsusi Məruzəçi ilə interaktiv dialoq zamanı A.Abbasov Fransanın müstəmləkə siyasətinə məruz qalmış ərazilərdə ərzaq çatışmazlığının ciddi problem olduğunu qeyd edərək, yerli qida sənayesinin məhv edildiyini və əhalinin xarici resurslardan tam asılı vəziyyətə düşdüyünü vurğulayıb.
O, xüsusilə Mayot və Fransız Qvianasında yoxsulluq səviyyəsinin yüksək olmasının qidalanma problemlərini daha da dərinləşdirdiyini bildirib, bu problemlərdən ilk növbədə əziyyət çəkənlərin azyaşlı uşaqların olduğunu vurğulayıb. Bu vəziyyətin aradan qaldırılmasının əhəmiyyətini qeyd edən A.Abbasov, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 11-ci maddəsinin əhəmiyyətini qeyd edib.