...

Azərbaycan Şimali Makedoniyaya başsağlığı verib

Siyasət Materials 16 Mart 2025 14:03 (UTC +04:00)
Azərbaycan Şimali Makedoniyaya başsağlığı verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Xarici İşlər Nazirliyi insan tələfatı ilə nəticələnmiş yanğınla əlaqədar Şimali Makedoniyaya başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

“Şimali Makedoniyanın Koçani şəhərində onlarla insanın həyatını itirməsi ilə nəticələnən dəhşətli yanğın xəbərindən dərin kədər duyuruq. Bu faciəvi itki ilə üzləşən hər kəsə ən səmimi başsağlığımızı bildirir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, – deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Koçanidə konsert zamanı baş verən yanğın nəticəsində azı 50 nəfər həyatını itirib.

Xəbər lenti

Xəbər lenti