...

Şimali Koreya XİN G7 ölkələrini nüvə təhlükəsinin mənbəyi adlandırıb

Siyasət Materials 17 Mart 2025 04:48 (UTC +04:00)
Şimali Koreya XİN G7 ölkələrini nüvə təhlükəsinin mənbəyi adlandırıb

Bakı. Trend:

Şimali Koreya Xarici İşlər Nazirliyi Yeddilik Qrupunu (G7) “nüvə qrupu” adlandırıb və ona üzv olan ölkələri nüvə silahından imtina etməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verib.

Şərhin səbəbi Qərb ölkələrinin Şimali Koreyanın "suveren hüquqlarından ədalətli istifadəsindən yersiz irad tutduqları" və onun nüvəsizləşdirilməsindən danışdıqları G7 xarici işlər nazirlərinin görüşü olub. Pxenyan bu cür çağırışları təxribat adlandırıb, çünki ölkənin nüvə statusu konstitusiyada göstərilib.

"Şimali Koreya Xarici İşlər Nazirliyi qlobal sülh və təhlükəsizliyin, beynəlxalq nüvə silahının yayılmaması rejiminin pozulmasının təhrikçiləri olan G7 ölkələrinin suveren dövlətin müharibənin qarşısını almaq üçün qanuni vasitələrə sahib olmaq hüququnu şübhə altına qoymasından ciddi narahatlığını ifadə edir", - deyə nazirlik bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti