...

Qəzalı binalarla bağlı problemlərin həlli və əhalinin mənzil-şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərə dair müşavirə keçirilib (FOTO)

Siyasət Materials 18 Mart 2025 15:13 (UTC +04:00)
Qəzalı binalarla bağlı problemlərin həlli və əhalinin mənzil-şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərə dair müşavirə keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

18 mart tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti, görüləcək işlər və digər əlaqəli məsələlərə dair iclas keçirilib.

Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, iclasda Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak edib, məruzələr dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub, aidiyyəti qurumlara tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti