Bakı. Trend:
Türkiyə Milli Müdafiə Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
Trend xəbər verir ki, Nazirliyin sosial şəbəkə hesabındakı paylaşımda bildirilib:
“107 il əvvəl erməni quldur dəstələri tərəfindən vəhşicəsinə soyqırıma məruz qalmış Azərbaycan türk qardaşlarımızı rəhmətlə yad edir, dost və qardaş Azərbaycan xalqının acısını ürəkdən paylaşırıq”.
Qeyd edək ki, bu gün 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğından 107 il ötür.