...

Mərakeşin Kralı VI Məhəmməd Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 20 May 2025 15:00 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Mərakeşin Kralı VI Məhəmməd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri, əziz Qardaşım.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq, xalqınıza daha çox tərəqqi və firavanlıq arzulamaq mənə böyük məmnunluq verir.

Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin və qarşılıqlı ehtiramın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.

Mən, həmçinin xalqlarımızın rifahı naminə əməkdaşlığımızı bütün sahələrdə daha da dərinləşdirmək və genişləndirmək üçün Zati-alinizlə birgə işi davam etdirməkdə maraqlıyam."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti