...

Qazaxıstanda TÜRKPA-nın 14-cü plenar iclası keçiriləcək

Siyasət Materials 9 İyun 2025 13:00 (UTC +04:00)
Qazaxıstanda TÜRKPA-nın 14-cü plenar iclası keçiriləcək
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

11-12 iyun 2025-ci il tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Qazaxıstan Respublikası Parlamentinin ev sahibliyində TÜRKPA-nın “Türk Əsri: parlament diplomatiyasının rolu” mövzusunda 14-cü plenar iclası keçiriləcək.

Trend xəbər verir ki, 14-cü plenar iclasda üzv və müşahidəçi dövlətlərin parlament nümayəndə heyətlərinin, o cümlədən, beynəlxalq təşkilatların, türk əməkdaşlıq təşkilatlarının və digər tərəfdaş qurumların nümayəndələrinin iştirakı gözlənilir.

14-cü plenar iclas çərçivəsində, həmçinin, Assambleya Şurasının iclası, Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun iclasları, TÜRKPA üzv parlamentlərinin baş katiblərinin iclası keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti