...

Azərbaycan və Botsvana arasında diplomatik əlaqələr yaradılıb (FOTO)

Siyasət Materials 14 Noyabr 2025 01:17 (UTC +04:00)
Azərbaycan və Botsvana arasında diplomatik əlaqələr yaradılıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 11-də Nyu-Yorkda Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayev və Botsvana Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Çarlz Masole tərəfindən iki dövlət arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike imzalanıb.

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, Birgə Kommünikedə Azərbaycan Respublikasının və Botsvana Respublikasının ölkələri və xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etmək niyyətində olduqları ifadə olunub.

Sənəddə həmçinin vurğulanıb ki, hər iki dövlətin hökumətləri diplomatik əlaqələrin qurulmasında BMT Nizamnaməsini və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini, xüsusən də dövlətlərin suverenliyi və ərazi bütövlüyü və onların daxili işlərinə qarışmamaq prinsipini əsas tuturlar.

Daimi nümayəndələr həmçinin Birgə Kommünikenin BMT sənədi kimi yayılması üçün BMT Baş katibinə məktub ünvanlanlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti